Şuranın qərarları
Geriyə

QƏRAR № 29 / 25-14 (09 sentyabr 2025-ci il)

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 58.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:

  1. Lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Azlink" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş UPO-035 qeydiyyat nömrəli, 14 iyul 2023-cü il tarixli universal platforma operatoru lisenziyası ləğv edilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, habelə Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.