QƏRAR № 30 / 25-15 (13 sentyabr 2025-ci il)
Ümumölkə yerüstü televiziya yayımçısı olan "Space" Müstəqil Teleradio Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin "Space TV" televiziya redaksiyasının (kanalının) efirində 11 sentyabr 2025-ci il tarixində saat 08.00-09.30 aralığında yayımlanan "Xəbərin izində" proqramında ayrı-seçkiliyi təbliğ edən informasiyaya və nifrət çıxışına yol verildiyinə görə Azərbaycan Respublikası Audiovizual Şurası "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun 53-56-cı maddələrini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 14.1.4-cü, 14.1.9-cu, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:
- "Space TV" televiziya redaksiyasının (kanalının) efirində proqramların yayımı 6 (altı) saatlıq müddətə (16 sentyabr 2025-ci il tarixdə saat 08.00-dan saat 14.00-dək) müvəqqəti dayandırılsın.
- Tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumat proqramların yayımının dayandırılması müddətində (16 sentyabr 2025-ci il tarixdə saat 08.00-dan saat 14.00-dək) "Space TV" redaksiyasının (kanalının) efirində nümayiş olunsun.
- Bu Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.