Şuranın qərarları
Geriyə

QƏRAR № 35 / 25-18 (30 oktyabr 2025-ci il)

Azərbaycan Respublikası Audiovizual Şurası Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının genişləndirilməsi məqsədilə "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 33.1-ci və 35.3-cü maddələrini rəhbər tutaraq qərara alır:

1. Aşağıda göstərilən radio-televiziya yayım stansiyalarından qeyd olunan TV yayım kanalları infrastruktur operatoru olan "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə ayrılsın:

1.1. Ağdərə rayonu ərazisində yerləşən "Həsənriz" radio-televiziya yayım stansiyasından 25-ci TV yayım kanalı (həmin rayonun ərazisində yerləşən "Həsənriz kənd" radio-televiziya yayım stansiyasında istifadə edilən 25-ci TV yayım kanalı ilə təktezlikli şəbəkə (SFN) rejimində olmaqla);

1.2. Ağdərə rayonu ərazisində yerləşən "Talış" radio-televiziya yayım stansiyasından 26-cı TV yayım kanalı (Tərtər rayonu ərazisində yerləşən "Tərtər" radio-televiziya yayım stansiyasında istifadə edilən 26-cı TV yayım kanalı ilə təktezlikli şəbəkə (SFN) rejimində olmaqla);

1.3. Ağdərə rayonu ərazisində yerləşən "Kiçik Qarabəy" radio-televiziya yayım stansiyasından 26-cı TV yayım kanalı (Tərtər rayonu ərazisində yerləşən "Tərtər" radio-televiziya yayım stansiyasında istifadə edilən 26-cı TV yayım kanalı ilə təktezlikli şəbəkə (SFN) rejimində olmaqla).

2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn digər məsələlərin həll olunmasını təmin etsinlər.