QƏRAR № 01 / 26-01 (09 yanvar 2026-cı il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.4.1-ci və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 2 nömrəli Əlavənin 5.9-cu bəndini, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli 223-IIQ nömrəli Qanununun 22.0.39.9-cu maddəsini rəhbər tutaraq qərara alır:
- "Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətinə universal platforma operatoru (xidmətin adı: "Kinon") lisenziyası verilsin.
- Universal platforma operatoru lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 2500 (iki min beş yüz) manat məbləğində dövlət rüsumunun "Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməsi təmin olunsun.
- Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Maliyyə və təminat, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.