Şuranın qərarları
Geriyə

QƏRAR № 06 / 26-01 (09 yanvar 2026-cı il)

Ümumölkə yerüstü radio yayımçısı olan "Space Müstəqil Televiziya və Radio Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Space FM" radio redaksiyasının (kanalının) efirində 03 dekabr 2025-ci il tarixdə, saat 18:59-19:54 arası yayımlanan "Radio diaqnoz" proqramında həkimə aid reklam zamanı "...Azərbaycanda öz sahəsinin bir nömrəsidir..., ...bir nömrəli mütəxəssisini..." ifadələrindən istifadə edərək haqsız reklama yol verilməsinə görə Azərbaycan Respublikası Audiovizual Şurası "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun 53-56-cı maddələrini, "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ nömrəli Qanununun 6.2-ci maddəsini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 39.1.4-cü və 41.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. "Space FM" radio redaksiyasının (kanalının) proqramlarının yayımı 15 yanvar 2026-cı il tarixində 3 (üç) saatlıq müddətə (saat 18.00-dan saat 21.00-dək) dayandırılsın.
  2. Tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumat proqramlarının yayımının dayandırılması müddətinin əvvəlində (15 yanvar 2026-cı il tarixdə, saat 18.00-da) və sonunda (15 yanvar 2026-cı il tarixdə, saat 21.00-da) "Space FM" radio redaksiyasının (kanalının) efirində səsləndirilsin.
  3. Bu Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.
  4. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual proqramların monitorinqi və təhlili şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.