Milli Televiziya və Radio Şurasının iclası keçirilmişdir.
İclasda 5 may 2020-ci il tarixində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılmışdır.
5 may 2020-ci il tarixdə "Space" televiziya kanalının efirində yayımlanan "Böyük boss" bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq "Space" televiziya kanalının efirində 15 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 23:00-dan saat 00:00-dək) dayandırılması haqqında qərar qəbul etmişdir.
Həmçinin, "Azərbaycan Televiziyası" (AZTV) kanalının İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq rayon məhkəməsinə göndərilmişdir.
Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları...
Televiziya kanallarında Azərbaycan dilində qarşılığı olan xarici sözlərin istifa...
Audiovizual Şura BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün seminar keçir...