MTRŞ-da Moldova Audiovizual Şurasının (CA) nümayəndələri ilə görüş keçirilmişdir.
09.09.2020 17:11
27 may 2019-cu il tarixdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Moldova Audiovizual Şurasının sədri Dragoş Vikol və şura üzvü Artur Kozmanı qəbul etmişdir. Milli Televiziya və Radio Şurasının sədri qonaqları Azərbaycanda teleradio yayımı sahəsində olan son durum haqqında məlumatlandırmışdır. Həmçinin, Moldova Audiovizual Şurasının sədri Dragoş Vikol Moldovada bu sahədə baş verən yeniliklər barədə danışmışdır.
Görüşdə 2017-ci ildə Əməkdaşlıq Protokolunun imzalanmasından sonra tərəflər arasında olan əlaqələrin yeni mərhələyə yüksəlməsi, səmərəli əməkdaşlıq qurulduğu vurğulanmış, gələcəkdə daha sıx əməkdaşlığın həyata keçirilməsinin vacibliyi qeyd edilmişdir. Görüşün sonunda xatirə fotosu çəkilmişdir.
Xəbərlər
Xəbərlər
23.04.2026 22:09
Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları...
18.03.2026 14:26
Televiziya kanallarında Azərbaycan dilində qarşılığı olan xarici sözlərin istifa...
12.03.2026 15:54
Audiovizual Şura BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün seminar keçir...
25.02.2026 18:17