"Region TV" və "Türkel TV"-nin müraciətləri əsasında onların lisenziyaları "ARB 24" MMC-nin adına rəsmiləşdirildi.
09.09.2020 17:32
27 dekabr 2018-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
İclasda "Türkel TV" MMC-yə regional televiziya yayımı üçün (Tovuz rayonu) verilmiş lisenziyanın qüvvəsinə "Türkel TV" MMC-nin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilmişdir.
Eyni zamanda, iclasda hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq "Region TV” MMC-yə ümumrespublika televiziya yayımı üçün verilmiş 14 mart 2014-cü il tarixli və "Türkel TV" MMC-yə ümumrespublika televiziya yayımı (xəbər) üçün verilmiş 28 dekabr 2017-ci il tarixli lisenziyaların "ARB 24" MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilmişdir.
Xəbərlər
Xəbərlər
23.04.2026 22:09
Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları...
18.03.2026 14:26
Televiziya kanallarında Azərbaycan dilində qarşılığı olan xarici sözlərin istifa...
12.03.2026 15:54
Audiovizual Şura BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün seminar keçir...
25.02.2026 18:17