MTRŞ "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurasının aşağıdakı təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi məqsədi ilə müsabiqə elan edir.

10.09.2020 11:32

"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin 14 aprel 2015-ci il tarixdə səlahiyyətlərinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 7.4-cü, "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.1-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının aşağıdakı təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi məqsədi ilə müsabiqə elan edir:

  • - Sahibkarlar Şurası;
  • - gənclər təşkilatları;
  • - qadın cəmiyyətləri.

Göstərilən təşkilat qrupları üzrə namizədlərin seçilməsi 20 mart 2015-ci il tarixədək təmin olunmalı, yekun protokollar və seçilmiş namizədlər barədə məlumatlar Milli Televiziya və Radio Şurasına (ünvan: Nizami küçəsi, 145 / tel.: 012-598-36-59) təqdim edilməlidir.

 

Xəbərlər
Xəbərlər
Hamısına bax