Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

10.09.2020 12:24

İclasda Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2013-cü il tarixli Sərəncamına əsasən milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Müzakirələrə uyğun olaraq iclasda milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə "Azad Azərbaycan Teleradio Kompaniyası"na, "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Space Müstəqil Teleradio Kompaniyası"na, "Xəzər TV" MMC-yə və "ANS Müstəqil Yayım və Media Şirkəti"nə hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 400000 (dörd yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılması barədə qərar qəbul edilmişdir. 

Xəbərlər
Xəbərlər
Hamısına bax