Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum keçirilmişdir

03.05.2024 15:49

 

3 may 2024-cü il tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda Forum keçirilmişdir. Açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı, Ailə, qadın və  uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış etmişlər.

Forum "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə", "Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması", "Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə" və "Yaşıl dünya naminə həmrəylik ili"ndə media gündəmi" mövzularında təşkil olunmuş panel sessiyalar ilə davam etmişdir.

 

https://media.gov.az/medianin-inkisafi-agentliyinin-teskilatciligi-ile-kecirilen-ictimai-prosesler-media-mustevisinde-movzusunda-forumun-acilis-merasimi-bas-tutub/?fbclid=IwZXh0bgNhZW0CMTAAAR2Pwh9BswlEtww6fjvbMNw13bdG6J1cNuUw2G1hOTpe9sC-4WLOjS1XOKE_aem_ARpMaN-u0rH6dJHfDUlkHhAtp_hPJ2W6Kq6v9Ummh3Pe1rj2WlpJrhUZ8Bv81liRidJnDfm3199IRtTqfz3afX3F

 

Xəbərlər
Xəbərlər
Hamısına bax