Council decisions
Back

QƏRAR № 19 / 25-07 (08 may 2025-ci il)

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:

  1. "İctimai Radio"nun proqramlarının yayımının həyata keçirilməsi üçün Şuşa rayonu ərazisində yerləşən "Turşsu" radio-televiziya yayım stansiyasından 91,3 MHs radiotezliyi ümumölkə yerüstü radio yayımçısı olan "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin istifadəsinə ayrılsın.
  2. "İctimai Televiziya və Radio Yayımları Şirkəti" ona ayrılmış yeni radiotezliyin istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, stansiyadan yayımın həyata keçirilməsi xidməti üzrə "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə müvafiq müqavilələr bağlayıb bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasına məlumat versin.
  3. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.