QƏRAR № 22 / 25-09 (03 iyun 2025-ci il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
1. Ümumölkə və regional yerüstü radio yayımçıların istifadəsinə ayrılmış və onların proqramlarının “Şuşa” radio-televiziya yayım stansiyasından FM diapazonunda yerüstü yayımı üçün hazırda istifadə olunan aşağıdakı radiotezliklər tikilməkdə olan “Xankəndi” radio-televiziya yayım stansiyası istifadəyə verildikdə radiovericilərin güc nominallarının saxlanılması şərtilə həmin yayımçıların istifadəsinə ayrılsın:
- 1.1. "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə (redaksiyanın adı: "İctimai radio") – 88,7 MHs.
- 1.2. "Xəzər TV" MMC-yə (redaksiyanın adı: "Xəzər FM") – 89,2 MHs.
- 1.3. "Radio Qrup" MMC-yə (redaksiyanın adı: "Radio TMB") – 93,5 MHs.
- 1.4. "NHR" MMC-yə (redaksiyanın adı: "Yurd FM") – 96,0 MHs.
- 1.5. "Baku FM" MMC-yə (redaksiyanın adı: "Baku Hit FM") – 97,1 MHs.
- 1.6. "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Azad Azərbaycan Radiosu") – 98,3 MHs.
- 1.7. "Araz Teleradio" MMC-yə (redaksiyanın adı: "Araz FM") – 98,6 MHs.
- 1.8. "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə (redaksiyanın adı: "Real FM") – 99,0 MHs.
- 1.9. "İnnovasiyalar Mərkəzi" MMC-yə (redaksiyanın adı: "ASAN Radio") – 99,4 MHs.
- 1.10. "Retro FM" MMC-yə (redaksiyanın adı: "Baku Retro FM") – 100,7 MHs.
- 1.11. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə (redaksiyanın adı: "Azərbaycan Radiosu") – 101,7 MHs.
- 1.12. "Caspian İnternational Broadcasting Company" MMC-yə (redaksiyanın adı: "CBC FM") – 102,7 MHs.
- 1.13. "Antenn" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Radio Enerji") – 104,3 MHs.
- 1.14. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə (redaksiyanın adı: "Azərbaycan Beynəlxalq Radiosu") – 105,1 MHs.
- 1.15. "Digital Media" MMC-yə (redaksiyanın adı: "Media FM") – 105,5 MHs.
- 1.16. "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə (redaksiyanın adı: "Space FM") – 106,3 MHs.
- 1.17. "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 107,3 MHs.
2. Bu Qərarın 1-ci bəndində adları qeyd olunmuş ümumölkə və regional yerüstü radio yayımçıları "Xankəndi" radio-televiziya yayım stansiyası istifadəyə verildikdən sonra onlara ayrılmış yeni radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, stansiyadan yayımın həyata keçirilməsi xidməti üzrə "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə müvafiq müqavilələri yeniləyib bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasına məlumat versinlər.
3. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn digər məsələlərin həll olunmasını təmin etsin.