Council decisions
Back

QƏRAR № 23 / 25-09 (03 iyun 2025-ci il)

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 33.1-ci və 35.3-cü maddələrini rəhbər tutaraq qərara alır:

  1. "DAB+" standartlı rəqəmsal yerüstü radio yayımının həyata keçirilməsi məqsədilə "Xankəndi" radio-televiziya yayım stansiyasından 11-ci TV yayım kanalının 11B alt diapazonu (217,872 – 219,408 MHs radiotezlik zolağı) infrastruktur operatoru olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin istifadəsinə ayrılsın.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn digər məsələlərin həll olunmasını təmin etsin.