Council decisions
Back

QƏRAR № 25 / 25-12 (10 iyul 2025-ci il)

Azərbaycan Respublikası Audiovizual Şurası lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikası Qanununun 58.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:

  1. "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinə universal platforma operatoru fəaliyyəti üçün Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli, UPO-039 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, həmçinin, Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.