QƏRAR № 26 / 25-12 (10 iyul 2025-ci il)
Azərbaycan Respublikası Audiovizual Şurası lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikası Qanununun 58.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:
- "Az-Evro Tel" Məhdud Məsuliyyətli Cəmiyyətinə sadə platforma operatoru fəaliyyəti üçün Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, SPO-010 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, həmçinin, Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.