Council decisions
Back

QƏRAR № 28 / 25-14 (09 sentyabr 2025-ci il)

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 56.1.3-cü və 58.5-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. "Azəriglobalservis" Qapalı Səhmdar Cəmiyyətinə verilmiş UPO-032 qeydiyyat nömrəli, 14 iyun 2023-cü il tarixli universal platforma operatoru lisenziyası təşkilati-hüquqi formasının dəyişdirilməsi ilə əlaqədar olaraq "Azəriglobalservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn digər məsələlərin həll olunmasını təmin etsinlər.