Council decisions
Back

QƏRAR № 34 / 25-16 (08 oktyabr 2025-ci il)

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 58.1.11-ci maddəsini rəhbər tutaraq qərara alır:

  1. Lisenziya sahibi tərəfindən yayımın ardıcıl olaraq 30 gündən çox həyata keçirilmədiyini nəzərə alaraq "TVNET Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş PY-014 qeydiyyat nömrəli, 14 iyun 2023-cü il tarixli peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "TVNET Kino") lisenziyası ləğv edilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.