Council decisions
Back

QƏRAR № 37 / 25-19 (26 noyabr 2025-ci il)

Yerüstü radiotezlik resurslarından səmərəli istifadənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikası Audiovizual Şurasının 05 aprel 2024-cü il tarixli, 09/24-07 nömrəli Qərarının 2-ci bəndinin 2-ci, 3-cü və 4-cü yarımbəndləri qüvvədən düşmüş hesab edilsin və "Sağlam Radio" proqramlarının yayımı üçün "Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış, lakin istifadə edilməniş aşağıdakı radiotezliklərin həmin yayımçı tərəfindən istifadəsinə xitam verilsin:

  • Ağstafa rayonu ərazisində yerləşən "Poylu" radio-televiziya yayım stansiyasından – 105,7 MHs;
  • Quba rayonu ərazisində yerləşən "Dağlı" radio-televiziya yayım stansiyasından –  104,7 MHs;
  • Şirvan şəhəri ərazisində yerləşən "Şirvan" radio-televiziya yayım stansiyasından – 104,5 MHs.

2. "Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə bağlanmış müqavilədə müvafiq dəyişikliklər apararaq, bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasına məlumat versin.

3. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.