Council decisions
Back

QƏRAR № 07 / 26-01 (09 yanvar 2026-cı il)

Ümumölkə yerüstü televiziya yayımçısı olan "Space Müstəqil Teleradio Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Space TV" televiziya redaksiyasının (kanalının) efirində 25 dekabr 2025-ci il tarixində saat 12.45-14.53 aralığında yayımlanan "Gəl danış" proqramında ayrıseçkiliyi təbliğ edən informasiyaya görə Azərbaycan Respublikası Audiovizual Şurası "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun 53-56-cı maddələrini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 14.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. "Space TV" televiziya redaksiyasının (kanalının) efirində proqramların yayımı 3 (üç) saatlıq müddətə (14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək) müvəqqəti dayandırılsın.
  2. Tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumat proqramların yayımının dayandırılması müddətində (14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək) "Space TV" redaksiyasının (kanalının) efirində nümayiş olunsun.
  3. Bu Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.
  4. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual proqramların monitorinqi və təhlili şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.