Şura üzvü Cəbiyev Qafar Cəfər oğlu Milli Televiziya və Radio Şurasının sədr müavini seçilmişdir.
02 aprel 2013-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi"nin radio yayımı üçün, "Caspian İnternational Broadcasting Company" MMC-nin peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə və təşkilati məsələlərə baxılmışdır.
Milli Televiziya və Radio Şurası tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 7 və 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi"nə 107.7 MHz tezliyi üzrə radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
İclasda "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğun olaraq "Caspian İnternational Broadcasting Company" MMC-yə 6 il müddətinə peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
Həmçinin, iclasda Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2002-ci il tarixli, 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Cəbiyev Qafar Cəfər oğlu Milli Televiziya və Radio Şurasının sədr müavini seçilmişdir.
The use of foreign words with Azerbaijani equivalents on television channels is...
The Audiovisual Council has organized seminar for students of the Faculty of Jou...
Statement of the Audiovisual Council of the Republic of Azerbaijan