Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
06 sentyabr 2010-cu il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda Milli Televiziya və Radio Şurasının 30 iyul 2010-cu il tarixli iclasının qərarı ilə ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət tеlеviziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində tеlеviziya üzrə 44-cü tеzlik rеsursuna 04 avqust 2010-cu il tariхdən 04 sentyabr 2010-cu il tariхədək elan edilmiş müsabiqənin nəticələri müzakirə olunmuşdur.
"Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqə Qaydaları"nın 2.1.9-cu bəndinə uyğun olaraq müsabiqədə iddiaçıların sayı 3-dən az olduğuna görə müsabiqə baş tutmamış hesab edilmişdir. Şuranın qərarına əsasən ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət tеlеviziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində tеlеviziya üzrə 44-cü tеzlik rеsursuna 07 sentyabr 2010-cu il tariхdən 07 oktyabr 2010-cu il tariхədək təkrar müsabiqə elan edilmişdir.
The use of foreign words with Azerbaijani equivalents on television channels is...
The Audiovisual Council has organized seminar for students of the Faculty of Jou...
Statement of the Audiovisual Council of the Republic of Azerbaijan