Aparatın rəhbəri

FAZİL NOVRUZOV
1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili və filologiyası ixtisası üzrə təhsil almışdır.
1997-1998-ci illərdə Birləşmiş Ərəb Əmirliklərində, daha sonra isə Azərbaycanda (1998-2011-ci illər) bir sıra şirkətlərdə müxtəlif vəzifələrdə çalışmışdır.
2011-ci ildən dövlət qulluğuna qəbul olunaraq Azərbaycan Respublikası Audiovizual Şurasında (o zaman Milli Televiziya və Radio Şurası) beynəlxalq əlaqələr üzrə məsləhətçi, daha sonra isə aparıcı məsləhətçi vəzifələrində işləmişdir.
2019-2020-ci illərdə Azərbaycan Respublikası Audiovizual Şurası sədrinin müşaviri kimi fəaliyyət göstərmişdir.
2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Audiovizual Şurası aparatının rəhbəri vəzifəsinə təyin olunmuşdur.
Dövlət qulluğunun baş müşaviridir.
İngilis, rus və ərəb dillərini bilir.
Ailəlidir, 3 övladı var.