QƏRAR № 21 / 25-09 (03 iyun 2025-ci il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
- Ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının "Xankəndi" radio-televiziya yayım stansiyasından açıq (ödənişsiz) rəqəmsal yerüstü yayımının həyata keçirilməsi üçün 30-cu və 32-ci TV yayım kanalları infrastruktur operatoru olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin istifadəsinə ayrılsın.
- Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn digər məsələlərin həll olunmasını təmin etsin.