Council decisions
Back

QƏRAR № 21 / 25-09 (03 iyun 2025-ci il)

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:

  1. Ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının "Xankəndi" radio-televiziya yayım stansiyasından açıq (ödənişsiz) rəqəmsal yerüstü yayımının həyata keçirilməsi üçün 30-cu və 32-ci TV yayım kanalları infrastruktur operatoru olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin istifadəsinə ayrılsın.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn digər məsələlərin həll olunmasını təmin etsin.