QƏRAR № 31 / 25-16 (08 oktyabr 2025-ci il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 58.1.13-cü maddəsini rəhbər tutaraq qərara alır:
- Lisenziya sahibi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədin Şuraya təqdim edilmədiyini nəzərə alaraq "Digitürk Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş UPO-050 qeydiyyat nömrəli, 21 aprel 2025-ci il tarixli universal platforma operatoru lisenziyası ləğv edilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.