Council decisions
Back

QƏRAR № 31 / 25-16 (08 oktyabr 2025-ci il)

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 58.1.13-cü maddəsini rəhbər tutaraq qərara alır:

  1. Lisenziya sahibi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədin Şuraya təqdim edilmədiyini nəzərə alaraq "Digitürk Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş UPO-050 qeydiyyat nömrəli, 21 aprel 2025-ci il tarixli universal platforma operatoru lisenziyası ləğv edilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.