Rumıniyanın Buxarest şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Yayım Tənzimləyici Orqanlarının Forumunun (BRAF) 9-cu Toplantısı keçirilmişdir.
09.09.2020 17:42
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov 2018-ci il 3-5 oktyabr tarixlərində Rumıniyanın Buxarest şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Yayım Tənzimləyici Orqanlarının Forumunun (BRAF) 9-cu Toplantısında iştirak etmişdir.
Toplantı zamanı rəqəmli dövrdə internet vasitəsilə yayımlanan audiovizual məzmunun monitorinqi, BRAF ölkələrində son bir ildə audiovizual media sahəsində baş vermiş yeniliklər, BSEC tərəfindən irəli sürülən "Qızıl yun" (Golden Fleece) layihəsi – BSEC ölkələrinin vahid informasiya sisteminin (ümumi televiziya kanalı) yaradılması məsələsi müzakirə olunmuşdur.
Xəbərlər
Xəbərlər
23.04.2026 22:09
Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları...
18.03.2026 14:26
Televiziya kanallarında Azərbaycan dilində qarşılığı olan xarici sözlərin istifa...
12.03.2026 15:54
Audiovizual Şura BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün seminar keçir...
25.02.2026 18:17