Türkiyənin Van şəhərində Beynəxalq Türkdilli dövlətlərin Yayım Tənzimləyici Qurumlarının Konfransı keçirilmişdir.
29.08.2017 10:19
26-27 avqust 2017-ci il tarixdə Türkiyə Respublikasının Van şəhərində Beynəxalq Türkdilli dövlətlərin Yayım Tənzimləyici Qurumlarının Konfransı keçirilmişdir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərinin rəsmi nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov iştirak etmişdir.
Konfransda Türkdilli dövlətlərin Yayım Tənzimləyici Qurumlarının qarşılıqlı əməkdaşlığı sahəsində geniş fikir mübadiləsi aparılmış və bunun əsasında Türkdilli dövlətlərin Yayım Tənzimləyici Qurumlarının Birliyinin yaradılması qərara alınmışdır.
Növbəti görüşün 2018-ci ilin may ayında Azərbaycan Respublikasında keçirilməsi razılaşdırılmışdır.
Xəbərlər
Xəbərlər
23.04.2026 22:09
Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları...
18.03.2026 14:26
Televiziya kanallarında Azərbaycan dilində qarşılığı olan xarici sözlərin istifa...
12.03.2026 15:54
Audiovizual Şura BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün seminar keçir...
25.02.2026 18:17